Nyu-York qubernatoru Endryu Kuomo və Ohayo qubernatoru Mayk Devayn rəhbərlik etdikləri ştatlarda COVID-19 ilə bağlı yeni təsdiqlənmiş hadisələrinin artdığını nəzərə alaraq yeni məhdudiyyətlərin tətbiqini elan ediblər.

Elitinfo.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında yeni yoluxmaların sayında növbəti gündəlik antirekord qeydə alınıb. Cons Hopkins Universitetinin məlumatına görə, çərşənbə axşamı ölkə daxilində 136 300 yeni hal qeydə alınıb ki, bu da əvvəlki göstəricidən təxminən 8000 çoxdur. Cons Hopkins Universitetinin məlumatına görə, son səkkiz gün ərzində ABŞ-da 971 000 yeni hal qeydə alınıb. Çərşənbə axşamı avqust ayının ortalarından etibarən ölkə daxilində ən çox – 1400 ölüm halları qeydə alınıb.

Ümumilikdə, pandemiya başlayandan bəri ABŞ-da 10,3 milyon koronavirus hadisəsi və 239,700 ölüm halı qeydə alınıb. Nyu-York və Ohayo ştatlarında yeni məhdudiyyətlər cümə günü qüvvəyə minəcək.