Rusiyada bir gündə 21 608 nəfər koronavirus infeksiyasına yoluxub.
Elitinfo.az xəbər verir ki, ölkədə COVID-19 xəstələrinin ümumi sayı 1 733 440 nəfərə çatıb.
Bir gündə Rusiyada 18 811 nəfər sağalıb, 439 nəfər həyatını itirib. Ümumilikdə, ölkədə indiyədək koronavirusdan 1 388 168 xəstə sağalıb, 32 032 nəfər ölüb. Hazırda Rusiyada 438 368 aktiv xəstə var.
Ən çox yoluxma halı (5997) Moskvada qeydə alınıb.
COVID-19 xəstələrinin sayına görə Rusiya hazırda dünyada dördüncü yerdədir.