Respublika Gənclər Kitabxanası 20 Yanvar faciəsi ilə bağlı silsilə materiallar hazırlayıb
Gənc nəslin vətənpərvərlik tərbiysində yaxından iştirak edən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 20 Yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində mövzuya dair ədəbiyyatı yeniyetmə və gənclər arasında təbliğ etmək məqsədilə silsilə materiallar hazırlayıb. Kitabxanadan Elitinfo.az-a bildirilib ki, “20 Yanvar – qan yaddaşımız!” adlı virtual sərgi özündə 46 adda kitabı cəmləyir, burada 20 Yanvar faciəsinə aid […]
Continue readingMədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edir!
Mədəniyyət Nazirliyi ictimaiyyətə müracuiət edib. Elitinfo.az həmin müraciəti təqdim edir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun qazandığı şanlı Qələbə hər birimizin yaddaşında əbədi həkk olundu. Bu Qələbə qəhrəman şəhidlərimizin canı-qanı, qazi hərbçilərimizin rəşadəti, əzmi və xalqımızın öz Ordusuna və Ali Baş Komandanına inamı sayəsində əldə edildi. İndi isə […]
Continue readingŞərq intibahının zirvəsinə yeni baxış – “Nizami Gəncəvi ili”
Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami Gəncəvi İli” elan etməsi ölkəmizdə klassik ədəbi irsimizin, milli ədəbiyyatımız və mədəniyyətimizin görkəmli simalarının təbliği sahəsində atılan növbəti addımdır. Öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, poetik aləmin dühası hesab edilən Nizami Gəncəviyə dövlət səviyyəsində verilən dəyər, onun çoxşaxəli irsinə təkrarən […]
Continue readingKitabxana “Nizami Gəncəvi İli” ilə əlaqədar videoçarxlar hazırlayıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı 2021-ci il dahi Azərbaycan şairi “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Azərbaycan və rus dillərində videoçarxlar hazırlayıb. İdarədən Elitinfo.az-a bildirilib ki, videoçarxlar kitabxananın sosial media hesablarında paylaşılıb. Videoçarxlarda dahi şairin ömür yolu və yaradıcılığı haqqında məlumat verilir və barəsində yazılan […]
Continue readingMədəniyyət naziri ICESCO-nun Baş direktoru Salim əl-Malik ilə görüşdü
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı – ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfər gəlib. Yanvarın 11-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşdü. Görüşdə Azərbaycan-ICESCO əlaqələri, əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edildi. Nazir Anar Kərimov Salim əl-Maliki salamlayaraq onun ICESCO […]
Continue readingNazir Anar Kərimov və Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Tural Gəncəliyev arasında videoformatda görüş keçirildi
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev ilə videoformatda görüş keçirib. Elitinfo.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüş zamanı gələcək əməkdaşlıq və birgə layihələr barədə, xüsusilə işğaldan azad edilmiş ərazilərdə ölkə rəhbərliyinin müəyyən etydiyi istiqamətlər üzrə görüləcək işlərlə […]
Continue readingAnar Kərimov Azərbaycanın Mədəniyyət naziri təyin edilib – SƏRƏNCAM
Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib. Elitinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlətimizin başçısının digər Sərəncamı ilə Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib. Həmçinin “Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli […]
Continue reading2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Elitinfo.az xəbər verir ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dövlət başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti […]
Continue readingBeynəlxalq Muğam Mərkəzi “Xudayar təsnifi”nin yeni versiyasını təqdim edib VİDEO
Azərbaycanın əzəli torpağı olan Qarabağ uğrunda, Vətən müharibəsində şəhid olan gizir Xudayar Yusifzadənin ifasında ikinci həyat qazanmış “Vətən yaxşıdır” təsnifini Beynəlxalq Muğam Mərkəzi (BMM) solistlərinin ifasında yeni təqdimatda muğamsevərlərə təqdim edib. Muğam Mərkəzindən Elitinfo.az-a bildirilib ki, gənc xanəndələr Kamilə Nəbiyeva, Almaxanım Əhmədli və İlkin Əhmədovun Xudayarın ifası ilə virtual duet şəklində oxunan təsnifə yeni […]
Continue readingMədəniyyət Nazirliyi Cəbrayılla bağlı virtual sərgi təşkil edib
Mədəniyyət Nazirliyinin “Museum.az” internet portalı tərəfindən “Qarabağın nadir muzey inciləri” layihəsi çərçivəsində Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin yaranmasının 40 illik yubileyi münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan sərginin videotəqdimatı hazırlanıb. Elitinfo.az xəbər verir ki, Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi Qarabağın qədim tarixini özündə əks etdirən zəngin kolleksiyaya malik muzeylərdən biridir. Sərgidə muzeyin kolleksiyasından müxtəlif dövrləri əhatə edən bədii […]
Continue reading







