Vətən müharibəsində mübarizə apararaq şəhidlik zirvəsinə ucalan igidlərimizi tanıtmaq məqsədilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Tarix yazan igidlərimiz” adlı layihəni davam etdirir.

Kitabxanadan Elitinfo.az-a bildirilib ki, layihə çərçivəsində təqdim olunan növbəti videoçarxda şəhid baş leytenant Teymur Məcidzadənin əziz xatirəsi yad edilir.
Teymur Məcidzadə 1992- ci il oktyabr ayının 10- da Füzuli rayonunun Gecəgözlü kəndində dünyaya gəlib. 2010- cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub.
Vətən müharibəsi başlayanda, sentyabr ayının 27- si Teymur vətənin müdafiəsinə qalxır. O, döyüşlər zamanı saysız qəhrəmanlıqlar, yüksək şücaət göstərib.
Ömrünün 28-ci payızında – noyabrın 9-da Xocavənd-Şuşa uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb.