Millimizin baş məşqçisi Qurban Qurbanov yağmanın qapıçısı Kamran Ağayevin Millətlər Liqasının sonuncu turunda Kosovo ilə oyuna getməkdən imtina etdiyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Elitinfo.az xəbər verir ki, bu barədə “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov Topaz Premyer Liqasının 12-ci turunda “Sabah”la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında danışıb: “İstəməzdim ki, futbolçular haqda belə fikirlər səslənsin. Hər bir futbolçuda zədə ola bilər. Ola bilsin, onda da mikrozədə var idi. Onun oynamamasından narahat deyiləm. Sizi narahat edən Kosovoya getməməsidir. Hər şey futbolçunun üzərində qalır. İstəməzdim ki, üzərlərinə çox gedilsin”.

Qeyd edək ki, dünən milli komandanın həkimi Vyeçslav Xomenko Kosovo ilə matçdan öncə Kamranın ayağında ciddi zədə olmadığını bildirmişdi. O, qolkiperin səfərə getmək imkanı olsa da, bundan imtina etdiyini demişdi.