Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Bayıl Arena”da “Neftçi” və “Səbail” komandaları qarşılaşıblar. Elitinfo.az xəbər verir ki,oyunun favoriti sayılan “Neftçi” ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Qarşılaşmada hesab 41-ci dəqiqədə açılıb. “Neftçi” komandasının kapitanı Emin Mahmudovun cinah ötürməsini çempionatın ən sərrast hücumçusu Baqali Dabo dəqiq zərbə ilə tamamlayıb – 0:1.
Matçın ikinci hissəsinin əvvəlində “Neftçi” hesab arasında fərqi iki topa çatdırıb. 52-ci dəqiqədə səbaillilərin qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Emin Mahmudov qola çevirib – 0:2.
Qalan vaxtda hər iki komandalarının cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Beləliklə, turnir cədvəlinə başçılıq edən “Neftçi” bu qələbə sayəsində Ağdamın “Qarabağ” klubu ilə arasındakı xal fərqini 5-ə çatdırıb.
Xatırladaq ki, turun ilk oyun günündə ağdamlılar doğma meydanda debütant “Sabah” ilə qarşılaşmada gözlənilməz xal itkisinə məruz qalıblar (1:1).