“Sabah”ın kapitanı Cavid İmamverdiyev Topaz Premyer Liqasının 12-ci turunda səfərdə “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
– Gərgin oyun keçdi. Düşünürəm ki, qalib də gələ bilərdik. Ancaq üstünlüyü əldən verdik. “Qarabağ” kimi komandaya qarşı oyunda 1:1 hesablı heç-heçə bizim üçün yaxşı nəticədir. Məqsədimiz Premyer Liqada qalmaqdır. “Neftçi” ilə oyuna yaxşı hazırlaşıb, qələbə üçün meydana çıxacağıq.
– İkinci hissədə demək olar ki, ancaq müdafiə olunurduz.
– Ən azından qol buraxmasaydıq, qalib gələ bilərdik. Bu baxımdan deyirdim.
– “Sabah”ın iki xal itirdiyini düşünürsən?
– Elə fikirləşmirəm. “Qarabağ” kimi komanda ilə oyunda belə nəticə yaxşıdı.
– Növbəti turda lider “Neftçi”ni qəbul edəcəksiniz. Oyunla bağlı fikirlərin necədir?
– Əlimizdən gələni edəcəyik ki, “Neftçi” üzərində qələbə qazanaq. Komandama inanıram. Bunu bacara bilərik.
– Komandanın bombardiri Deviç də zədəsini sağaldaraq geri dönür.
– Onun son durumundan xəbərim yoxdur. Deviçin hücum xəttində olması bizim üçün böyük üstünlük olacaq.