“Azəriqaz” İstehsalat Birliyi yanında yaradılacaq İctimai Şuraya üzvlüklə bağlı namizədlərin irəli sürülməsi və qeydiyyata alınması prosesi başa çatıb.

İB-dən Elitinfo.az-a bildirilib ki, təqdim olunan sənədlər birlik yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyası tərəfindən qiymətləndirilib və aşağıda adları göstərilən namizədlərin müraciətləri qeydə alınıb.
– Kərimov Bəhruz Bəxtiyar oğlu – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
– Salmanov Elçin Fikrət oğlu – “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi
– Hüseynov Eyyub Mahmud oğlu – “Azad İstehlakçılar” İctimai Birliyi
– Gündüz Osman Mehdi oğlu – “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi İctimai Birliyi
– Abbasov Ramil Zahir oğlu – “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyi
– Sadıqov Fuad Bədrəddin oğlu – “Region” Beynəlxalq Analitik Mərkəz İctimai Birliyi
– Azərtaş Lalə Qabil qızı – Xəzər Media Mərkəzi
– Əliyev Mayis Nəbi oğlu – “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi
– İbrahimli Qorxmaz Əbülfəz oğlu – Azərbaycan Milli QHT Forumu
– Quliyev Rəşad Xasay oğlu – “Beynəlxalq Diaspora Mərkəzi” İctimai Birliyi
– Məmmədov Sahib Məlik oğlu – Vətəndаşlаrın Əməк Hüquqlаrını Müdаfiə Liqаsı
– Rəhimzadə Vüqar Gəncəli oğlu – “İki Sahil” qəzeti
– Bəşirov Xəyal Kamil oğlu – “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyi
– Quliyev Zaur Yunis oğlu – “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi
– Ələsgərov Zülfüqar Hüseyn oğlu – “Moderator.az” İnformasiya saytı
– Əliyev Vüsal Yusif oğlu – “Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyi.
“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya seçkilərin cari il aprelin 30-da birliyin inzibati binasında səhər saat 11:00-dan 16:00-dək keçirilməsi qərara alınıb. Səsvermə prosesində təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə 10 gün qalanadək (aprelin 20-si gecə saat 00:00-dək), həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət edə bilərlər. Bu tarixdən sonra göndərilən məlumatlar qəbul edilməyəcək.
Ünvan: Xətai rayonu, Yusif Səfərov küç. 35 “Azəriqaz” İB
E-mail: Office.AzeriGas@socar.az
Tel: 012 521 22 69