Azərbaycan Respublikasında daha 42 min 234 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elitinfo.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 33 min 930, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 8304 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 111 min 722-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 706 min 433, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 405 min 289 nəfərdir.