Dekabrın 19-da rapid üzrə yeniyetmələr arasında dünya çempionatının final mərhələsi start götürəcək.

Elitinfo.az xəbər verir ki, yarışda qızlar arasında Azərbaycanı iki şahmatçı təmsil edəcək. Belə ki, 10 yaşlıların turnirində Səadət Bəşirli, 16 yaşlı şahmatçılar arasında isə Ayan Allahverdiyeva medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, şahmatçılarımız dünya çempionatının noyabrın 27-də start götürmüş seçmə mərhələsində finala vəsiqə qazanıblar.