Səhmdarı və təsisçisi “Meqa Sığorta” ASC olan “Meqa Həyat Sığorta” ASC İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna 50 min manat məbləğində ianə köçürüb.
Üçrəngli bayrağımız işğaldan azad olunmuş ərazilərimizdə, suveren və qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!