Füzulinin işğaldan azad edilən Horadiz kəndinin yeni videogörüntüsü
Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndinin yeni videogörüntüsü yayılıb. Elitinfo.az Müdafiə Nazirliyinə istinadən həmin videogörüntünü təqdim edir.
Continue readingErmənilərin Gəncəni atəşə tutmaları nəticəsində ölənlərin sayı artıb
Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, habelə dünən saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində ölənlərin sayı artıb. Yerli mətbuatın verdiyi məlumata görə, raket atəşi nəticəsində həlak olanların sayı 9 […]
Continue reading10 rayona yeni prokurorlar təyin edildi
Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir. Baş Prokurorluğun Mətbuat xidmətindən Elitinfo.az verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Anar Cəfərov Ağstafa, Vasif Süleymanov Ağdam, Vahid Məmmədov Cəlilabad, İlkin Mustafayev Laçın rayonunun prokuroru vəzifələrinə, İsmayıl Qayıbov Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini, Qabil Qasımov isə […]
Continue readingKamran Əliyev iki rayona yeni prokuror təyin etdi
Prokurorluq orqanlarında yeni təyinatlar olub. Modern.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Quba rayon prokuroru Elman Süleymanov tutduğu vəzifədən azad edilərək Yasamal rayon prokuroru vəzifəsinə təyinat alıb. Baş prokurorun imzaladığı digər əmrlə Pirallahı rayon prokuroru İbrahim Ləmbəranski tutduğu vəzifədən azad edilərək Sabunçu rayon prokuroru […]
Continue readingPrezident həkimlərlə bağlı sərəncam imzaladı
Prezident həkimlərlə bağlı sərəncam İMZALADI Prezident İlham Əliyev “Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb. Elitinfo.az-ın xəbərinə görə, sərəncamla Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: Abdullayev Eldar Həmzəli oğlu Ələkbərov Könül Fidayıl oğlu Əliyev Maarif Murad oğlu Əliyev Yusif Qəmət […]
Continue readingQubada baş verən avtoqəzada iki nəfər xəsarət alıb
İyunun 7-si axşam saatlarında Bakı-Quba yolunda maşının ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Hadisə yolun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Kia” markalı maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər Quba regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Continue readingFermerlərə subsidiya ödənişləri başladı
Fermerlərə subsidiya ödənişləri başladı Yazlıq əkinlərinə görə bəyanları monitorinqdən keçən 17 min fermerə 7 milyon manat ödəniş edilib. Elitinfo.az xəbər verir ki, bu, yazlıq əkinlər üçün edilən ilk ödənişdir. Qeyd edək ki, bu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarının (fermerlərin) subsidiyalara müraciəti və onlara bu sahədə göstərilən xidmətlər yeni “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən Elektron Kənd Təsərrüfatı […]
Continue readingBakıda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibəti ilə paytaxtın 3 fərqli nöqtəsində “Kənddən Şəhərə” Ramazan yarmarkası təşkil olunacaq. Elitinfo.az-ın məlumatına görə, 23-24 may tarixlərində baş tutacaq yarmarka Nərimanov, Yasamal və Binəqədi rayonlarını əhatə edəcək. “Kənddən Şəhərə” Ramazan yarmarkasının təşkilində əsas məqsəd bayramla əlaqədar paytaxt sakinlərinin kənd təsərrüfatı […]
Continue readingBalakənin gənc könüllüləri “Bir-birimizi qoruyaq!” kampaniyasına qoşulublar
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən başlanılan “Bir-birimizi qoruyaq!” kampaniyasına Balakən rayonunun gənc könüllüləri də həvəslə qoşulublar. Balakən Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Şahin Qarakişiyev -bildirib ki, kampaniya çərçivəsində gənclər Heydər Parkında, həmçinin insanların sıx toplaşdığı ərazilərdə vətəndaşlar arasında maarifləndirmə işləri aparıb, onlara pandemiyaya qarşı istifadə üçün əlcək və tibbi maskalar paylayıblar. Mərkəzin direktorunun sözlərinə […]
Continue readingİnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatı qəbul edilib
Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələ müzakirəyə çıxarılıb. Elitinfo.az-ın xəbərinə görə, məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. Qeyd edək ki, hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edib.
Continue reading








