İyunun 7-si axşam saatlarında Bakı-Quba yolunda maşının ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə yolun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Kia” markalı maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər Quba regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.