Fermerlərə subsidiya ödənişləri başladı

Yazlıq əkinlərinə görə bəyanları monitorinqdən keçən  17 min fermerə 7 milyon manat ödəniş edilib.

 

Elitinfo.az xəbər verir ki, bu, yazlıq əkinlər üçün edilən ilk ödənişdir.

 

Qeyd edək ki, bu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarının (fermerlərin) subsidiyalara müraciəti və onlara bu sahədə göstərilən xidmətlər yeni “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə onlayn qaydada həyata keçirilir. Bu günədək EKTİS-də 500 mindən çox fermer qeydiyyatdan keçib. Fermerlərin əkin bəyanlarını düzgün və vaxtında təqdim etmələri onların subsidiya almalarını tezləşdirir.