Balakənin gənc könüllüləri “Bir-birimizi qoruyaq!” kampaniyasına qoşulublar



Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən başlanılan “Bir-birimizi qoruyaq!” kampaniyasına Balakən rayonunun gənc könüllüləri də həvəslə qoşulublar.

Balakən Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Şahin Qarakişiyev -bildirib ki, kampaniya çərçivəsində gənclər Heydər Parkında, həmçinin insanların sıx toplaşdığı ərazilərdə vətəndaşlar arasında maarifləndirmə işləri aparıb, onlara pandemiyaya qarşı istifadə üçün əlcək və tibbi maskalar paylayıblar.

Mərkəzin direktorunun sözlərinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması ilə əlaqədar belə tədbirlər, sosial layihələr davamlı xarakter daşıyır. Əsas məqsəd gəncləri insanlara faydalı ola biləcək işlərə cəlb etmək, eyni zamanda, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaqdır.