Trampın seçkiqabağı kampaniyasının saytına haker hücumu olub

Hakerlər ABŞ prezidenti Donald Trampın seçki qərargahının saytına hücum ediblər. Elitinfo.az xəbər verir ki, bu barədə dövlət başçısının seçki kampaniyasının mətbuat katibi Tim Mertau özünün “Twitter”dəki səhifəsində bildirib. Onun sözlərinə, siyasətçinin seçki qərargahının saytının parolu çərşənbə axşamı 27 oktyabrda sındırlıb. “Biz hüquq-mühafizə orqanları ilə hücumun mənbəyinin araşdırılması üzərində işləyirik. Oğrular məxfi məlumatlara giriş əldə edə […]

Continue reading

Böyük Britaniya ilə Avropa İttifaqı arasında Brexit müqaviləsinin danışıqları davam edir

Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında Brexit müqaviləsinin danışıqları davam edir. Elitinfo.az xəbər verir ki, bu məqsədlə Aİ-nin Brexit üzrə baş müzakirəçisi Mişel Barniyer danışıqları davam etdirmək üçün Londona səfər edəcək. Krallığın danışıqlar masasından uzaqlaşdığı qısa bir fasilədən sonra, hər iki tərəf ortaq dil tapmaq üçün bir araya gələcək. Xatırladaq ki, Böyük Britaniya Parlamentinin […]

Continue reading

İstanbulun yeddi rayonunda COVID-19 xəstələrinin sayı artıb

Təəssüf ki, bu istiqamətdə uzun müddət göstərdiyimiz uğurları davam etdirə bilmədik. Hazırkı vəziyyət bizdən daha çox intizamlı olmağı tələb edir. İstanbuldakı xəstə sayı Türkiyədə ümumi yoluxanların 40 faizini təşkil edir. Bu, ölkədəki ümumi vəziyyətlə bağlı ən az iki dəfə daha artıq narahatlıq yaradır. Risk mövsüm şərtləri səbəbindən gedərək artacaq. Elitinfo.az xəbər verir ki, bu fikirləri […]

Continue reading

Çin “Boeing” və “Lockheed Martin” şirkətlərinə sanksiyalar tətbiq etməyə başlayıb

  Rəsmi Pekin “Boeing”, “Lockheed Martin” və “Raytheon” da daxil olmaqla ABŞ-ın bir neçə şirkətinə və fərdi şəxsə sanksiyalar tətbiq etməyə başlayıb. Elitinfo.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien həmin şirkətlərə və fərdlərə sanksiyalar tətbiq edilməsinin Tayvana silah satışı ilə əlaqədar olduğunu deyib. “Çin hökuməti milli maraqların təmin olunması məqsədilə cavab tədbirləri […]

Continue reading

Türkiyənin Milli Müdafiə naziri Qazaxıstana səfər edib

  Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Qazaxıstana səfər edib. Elitinfo.az xəbər verir ki, Hulusi Akarın həmkarı Nurlan Yermekbayev ilə görüşündə hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsi barədə razılıq əldə olunub. Həmçinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Nazirlər artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsinə dair fikir mübadiləsi apararaq Qazaxıstan […]

Continue reading

Qırğızıstanın Səhiyyə naziri: Ölkəyə koronavirusun ikinci dalğası gəlir

  Qırğızıstana COVID-19-un ikinci dalğası gəlir və biz buna indidən hazırlaşırıq. Son gündə Qırğızıstanda COVID-19-a yoluxanların sayı 420 nəfər təşkil edib, infeksiya dövründə bu rəqəm 56 min 170 nəfərə çatıb. Elitinfo.az xəbər verir ki, bu haqda Qırğızıstanın Səhiyyə naziri Alımkadır Beyşenaliyev Bişkekdə keçirdiyi mətbuat konfransında məlumat verib. O deyib ki, son sutkada 220, infeksiya başlanandan 47 […]

Continue reading

Sutka ərzində İranda koronavirusdan 296 nəfər həyatını itirib

Bu günə olan məlumata görə İranda 6 min 191 nəfər koronavirusa yoluxub, 296 nəfər isə vəfat edib. Elitinfo.az xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə, İranda virusa yoluxanların ümumi sayı 568 min 896 nəfər, ölənlərin sayı isə 32 min 616-ya çatıb. Müalicəsi davam edən 4 […]

Continue reading

Türkiyənin Bolu bölgəsində 12 fərdi ev yanıb

Türkiyənin Bolu bölgəsində yerləşən Kuzfındık kəndində güclü yanğın baş verib. Elitinfo.az xəbər verir ki, fərdi evdə baş verən yanğın sürətlə ətrafa yayılıb. Nəticədə 12 fərdi ev tamamilə yanaraq külə dönüb. Yanğının söndürülməsi istiqamətində iş davam edir.

Continue reading

Əfqanıstanda terror aktı nəticəsində 30 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabildəki təhsil mərkəzində terror aktı törədilib. Elitinfo.az Əfqanıstanın Daxili İşlər Nazirliyinin yaydığı açıqlamaya istinadla xəbər verir ki, mərkəzin binasının partladılması nəticəsində 30 nəfər ölüb, 60-ı yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD radikal dini qruplaşması öz üzərinə götürüb. Hadisə yerinə gələn xüsusi xidmət orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.

Continue reading

Qırğızıstanda prezident seçkilərinin vaxtı məlum oldu

Qırğızıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi 10 yanvar 2021-ci ilə planlaşdırılır. Elitinfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı qərar ölkənin Seçkilər və Referendumların keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasının nəticəsinə əsasən qəbul edilib. MSK sədri Nurjan Şayldabekova bildirib ki, vaxtından əvvəlki prezident seçkilərinin tarixini 10 yanvar 2021-ci ilə təyin etmək təklif olunur. “Hamıya […]

Continue reading