Əfqanıstanın paytaxtı Kabildəki təhsil mərkəzində terror aktı törədilib.
Elitinfo.az Əfqanıstanın Daxili İşlər Nazirliyinin yaydığı açıqlamaya istinadla xəbər verir ki, mərkəzin binasının partladılması nəticəsində 30 nəfər ölüb, 60-ı yaralanıb.
Terror aktına görə məsuliyyəti İŞİD radikal dini qruplaşması öz üzərinə götürüb.
Hadisə yerinə gələn xüsusi xidmət orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.