Qırğızıstana COVID-19-un ikinci dalğası gəlir və biz buna indidən hazırlaşırıq. Son gündə Qırğızıstanda COVID-19-a yoluxanların sayı 420 nəfər təşkil edib, infeksiya dövründə bu rəqəm 56 min 170 nəfərə çatıb.

Elitinfo.az xəbər verir ki, bu haqda Qırğızıstanın Səhiyyə naziri Alımkadır Beyşenaliyev Bişkekdə keçirdiyi mətbuat konfransında məlumat verib.

O deyib ki, son sutkada 220, infeksiya başlanandan 47 min 843 xəstə sağalıb.

Son 24 saatda virusdan ölən olmayıb, ümumiyyətlə isə 134 pasiyent həyatını itirib.

Bildirilir ki, müalicə müəssisələrində 3 min 999, ambulator şəraitində 3 min 234 xəstə müalicə olunur.