Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında Brexit müqaviləsinin danışıqları davam edir.

Elitinfo.az xəbər verir ki, bu məqsədlə Aİ-nin Brexit üzrə baş müzakirəçisi Mişel Barniyer danışıqları davam etdirmək üçün Londona səfər edəcək.

Krallığın danışıqlar masasından uzaqlaşdığı qısa bir fasilədən sonra, hər iki tərəf ortaq dil tapmaq üçün bir araya gələcək.

Xatırladaq ki, Böyük Britaniya Parlamentinin İcmalar Palatası Daxili Bazar Qanununu təsdiqlədikdən sonra Aİ Krallığa qarşı qanuni əməliyyat başladıb. Aİ rəsmiləri qanun layihəsinin beynəlxalq hüququn və Brexit sazişinin birtərəfli pozulması olduğunu söyləyiblər. Avropa Komissiyası Başçısı Ursula von der Leyen, Britaniyadan problemli saydıqları müddəaların sentyabr ayının sonuna qədər müqavilədən çıxarılmasını istəyib. Britaniyanın bu tələbləri yerinə yetirmədiyini bildirən Komissiya Başçısı, “Layihənin bu şəkildə qəbul edilməsi İrlandiya və Şimali İrlandiyanın protokoluna ziddir” deyib.

Aİ məsələni birliyin ən yüksək məhkəmə orqanı olan Avropa Ədalət Məhkəməsinə gətirə bilər.
Britaniya Aİ-dən çıxsa da, keçid dövründə məhkəmənin qərarlarına əməl etmək məcburiyyətindədir.