Gürcüstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb
Gürcüstanda parlament seçkiləri ilə bağlı bir neçə təşkilat “exit-poll” keçirib. Elitinfo.az xəbər verir ki, ABŞ-ın “Public Opinion Strategies” şirkəti “exit-poll”un nəticələrini açıqlayıb. Saat 18:00-a olan nəticələrə əsasən, seçkilərdə iki əsas rəqib olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 55 faiz, Vahid Milli Hərəkat Partiyası isə 23 faiz səs əldə edib. Üçüncü yerdə isə 3 […]
Continue readingİzmirdə zəlzələ: Həlak olanların sayı 28 nəfərə çatıb
İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb. Elitinfo.az xəbər verir ki, son məlumata görə, xəstəxanaya yerləşdirilmiş 243 yaralının müalicəsi davam etdirilir. Dağılmış 9 çoxmənzilli binada axtarış-xilasetmə işləri yekunlaşıb. Daha 8 binada xilasetmə əməliyyatları davam edir. Zaman-zaman dağıntılar altından insanların sağ olaraq çıxarıldığı barədə xəbərlər gəlir. Anadolu agentliyinin yaydığı xəbərə […]
Continue readingAFAD koordinasiya mərkəzi: Zəlzələdən zərərçəkənlərin ehtiyacını ödəmək üçün bütün imkanlar səfərbər olunub
Oktyabrın 30-da baş verən dağıdıcı zəlzələ ilə bağlı İzmir şəhərində Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən qurulan koordinasiya mərkəzində mətbuat konfransı keçirilib. Elitinfo.az xəbər verir ki, Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum, Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli, Ədliyyə naziri Abdulhamit Gül və digər hökumət […]
Continue readingTürkiyədə axtarışda olan daha bir terrorçu təslim olub
Türkiyədə axtarışda olan daha bir PKK terrorçusu təhlükəsizlik qüvvələrinə könüllü təslim olub. Elitinfo.az xəbər verir ki, şəxsiyyəti hələlik açıqlanmayan terrorçunun 2012-ci ildə PKK terrorçularına qoşulduğu müəyyənləşdirilib. Bildirilib ki, o, aparılan təbliğat işləri nəticəsində təslim olmaq qərarına gəlib. Beləliklə, cari il ərzində təbliğat yolu ilə təslim olan terrorçuların sayı 186 nəfərə çatıb. Ölkənin Muş bölgəsində həyata […]
Continue readingÖtən sutka ərzində dünyada koronavirusa 573 mindən çox yoluxma qeydə alınıb
Oktyabrın 30-da dünyada COVID-19 infeksiyasına rekord sayda – 573 min 616 yoluxma halı qeydə alınıb. Əvvəlki rekord 548 min 856 nəfərin yoluxduğu oktyabrın 29-da müşahidə edilmişdi. Elitinfo.az pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, həmçinin ötən sutka ərzində COVID-19 infeksiyası səbəbindən 7 min 490 nəfər həyatını itirib. Saytın son məlumatına əsasən, dünya üzrə […]
Continue readingFilippin sahillərində 4,6 bal gücündə zəlzələ olub
Oktyabrın 31-də Filippin sahillərində 4,6 bal gücündə zəlzələ baş verib. Elitinfo.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentrinin Maqallanes bələdiyyəsindən 4 kilometr şərqdə, ocağının 160 kilometr dərinlikdə yerləşdiyi qeyd edilir. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.
Continue readingVladimir Putin Rəcəb Tayyib Ərdoğana başsağlığı teleqramı göndərib
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İzmir vilayətində baş verən zəlzələ nəticəsində insan itkiləri və dağıntılarla əlaqədar başsağlığı teleqramı göndərib. Elitinfo.az Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, teleqramda deyilir: İzmir vilayətində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və miqyaslı dağıntılarla əlaqədar başsağlığımı qəbul edin. Həlak olanların doğmalarına və yaxınlarına dəstəyimi, […]
Continue readingGürcüstanda parlament seçkiləri başlayıb
Bu gün Gürcüstanda növbəti parlament seçkiləri keçirilir. Səhər saat 8:00-da ölkə üzrə bütün seçki məntəqələri seçicilərin üzünə açılıb. Elitinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jivania məlumat verib. Onun sözlərinə görə, bu gün 3 milyon 526 min 23 seçici (onların 14 min 170-i xarici ölkələrdədir) öz seçimini edəcək. O […]
Continue readingTürkiyədə zəlzələdə həlak olanların sayı 12 nəfərə çatıb
İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 12 nəfərə, yaralananların sayı 438 nəfərə çatıb. Elitinfo.az xəbər verir ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Xatırladaq ki, bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla, Egey və Marmara bölgəsinin hər yerində hiss edilib.
Continue readingYunanıstanın Baş Naziri Türkiyə Prezidentinə zəng edib
Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakis Türkiyənin Egey bölgəsində baş verən zəlzələ ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana zəng edib. Elitinfo.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, liderlər qarşılıqlı olaraq bir-birilərinə “keçmiş olsun” deyiblər. Qeyd edək ki, Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias da təbii fəlakətlə bağlı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğuluna zəng edib.
Continue reading