Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakis Türkiyənin Egey bölgəsində baş verən zəlzələ ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana zəng edib.
Elitinfo.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, liderlər qarşılıqlı olaraq bir-birilərinə “keçmiş olsun” deyiblər.
Qeyd edək ki, Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias da təbii fəlakətlə bağlı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğuluna zəng edib.