İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 12 nəfərə, yaralananların sayı 438 nəfərə çatıb.

Elitinfo.az xəbər verir ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla, Egey və Marmara bölgəsinin hər yerində hiss edilib.