Oktyabrın 31-də Filippin sahillərində 4,6 bal gücündə zəlzələ baş verib.

Elitinfo.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentrinin Maqallanes bələdiyyəsindən 4 kilometr şərqdə, ocağının 160 kilometr dərinlikdə yerləşdiyi qeyd edilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.