Dünyada koronavirusa rekord sayda gündəlik yoluxma qeydə alınıb
Noyabrın 6-da dünyada COVID-19 infeksiyasına rekord sayda – 623 min 266 yoluxma halı qeydə alınıb. Əvvəlki rekord 617 min 383 nəfərin yoluxduğu noyabrın 5-də müşahidə edilmişdi. Elitinfo.az pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ötən sutka ərzində COVID-19 infeksiyası səbəbindən ölənlərin sayında da rekord müəyyən edilib – 9 min 84 nəfər. Saytın son […]
Continue readingGürcüstanda dövlət çevrilişinə cəhd olub
Gürcüstanda bir sıra şəxslər parlament seçkilərində arzu olunmayan nəticələr əldə ediləcəyi halda hakimiyyəti zorla devirməyi planlaşdırıblar. Hazırda hakimiyyəti devirmək faktı üzrə istintaq aparılır. Elitinfo.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında bildirilir. Məlumatda deyilir ki, bir sıra şəxslər parlament seçkilərində arzu olunmayan nəticələr əldə ediləcəyi halda hakimiyyəti zorla devirməyi planlaşdırıblar. Onlar […]
Continue readingİspaniya hökuməti vətəndaş müharibəsi və diktatura rejimi qurbanlarının ekshumasiyasına 6,8 milyon avro ayırıb
İspaniya hökuməti Ümumi Dövlət Büdcəsi layihəsi çərçivəsində Demokratik Yaddaşın Dövlət Katibliyi üçün 11,3 milyon avro ayırıb. Elitinfo.az xəbər verir ki, demokratik yaddaş məsələləri üzrə dövlət katibi Fernando Martinesin sözlərinə görə, bu vəsaitdən 6,8 milyon avro Vətəndaş müharibəsi (1936-1939-cu illər) və sonrakı repressiyalar dövründə Madrid yaxınlığındakı Şəhidlər Vadisində dünyasını dəyişənlərin ekshumasiyasına sərf olunacaq. BMT-nin məlumatına görə, […]
Continue readingİzmirdə baş verən zəlzələ nəticəsində dağılan binalarla bağlı 7 nəfər həbs edilib
Türkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsində dağılan binalarla bağlı saxlanılan, aralarında inşaat firmalarının cavabdeh şəxslərinin də olduğu 9 nəfərdən 7-si həbs edilib. Elitinfo.az xəbər verir ki, hadisə nəticəsində 5 bina tamamilə dağılıb. Bölgədə ciddi zədələnən və sökülməli olan binaların sayı 231-i keçib. Bu tikililərdən 1834-ü az, 251-i isə orta zədəlidir. Ərazidə indiyə qədər 12 […]
Continue readingVyanada törədilən terror aktı ilə bağlı rəsmi qurumların yol verdiyi nöqsanlar araşdırılacaq
Noyabrın 2-də Vyanada baş verən terror aktı ilə aparılan cinayət işində ortaya çıxan bir sıra məqamlar rəsmi qurumların ötən dövrdə qeyri-sayıq davrandığını ortaya çıxarıb. Bununla əlaqədar Milli Təhlükəsizlik Şurasının iclasında terror aktı ilə bağlı hadisələr və rəsmi qurumların gördüyü tədbirlərin qiymətləndirilməsi üçün müstəqil araşdırma komissiyasının yaradılması barədə qərar qəbul olunub. Elitinfo.az xəbər verir ki, Federal […]
Continue readingTürkiyədə terror aktı törədilib
Türkiyənin Hakkari vilayətinin Derecik rayonu ərazisində yol inşaatında çalışan işçilər PKK terrorçularının hücumuna məruz qalıblar. Elitinfo.az xəbər verir ki, raket atəşi nəticəsində bir işçi ölüb, ikisi yaralanıb. Milli Müdafiə Nazirliyinin birlikləri isə Hakkarinin Şemdinli rayonu ərazisində terror hazırlığında olan iki terrorçunun yerini təsbit edərək zərərsizləşdiriblər.
Continue readingVyanada törədilən terror aktı ilə əlaqədar İsveçrədə iki nəfər saxlanılıb
Noyabrın 2-də Vyanada baş verən terror aktından sonra cinayət işi ilə bağlı bir çox suallar hələ də cavabsız qalır. Hadisədən sonra İŞİD terror təşkilatı məsuliyyəti öz üzərinə götürsə də, mediada və ekspert açıqlamalarında terrorçunun təkbaşına hərəkət etməməsi fikri üstünlük təşkil edir. Elitinfo.az xəbər verir ki, İsveçrə hüquq-mühafizə orqanları Vintertur şəhərində Vyanadakı terror aktını törədən şəxslə […]
Continue readingDonald Tramp: Biz seçkilərdə qalib gəlirik
ABŞ Prezidenti seçkilərində səslərin sayılması tam başa çatmasa da, Donald Tramp qələbəsini bayram etməyə hazırlaşır. Elitinfo.az ABŞ telekanallarına istinadla xəbər verir ki, Ağ evdəki çıxışında dəstəyə görə amerikalılara minnətdarlığını bildirən hazırkı prezident nəticələri fenomenal adlandırıb. “Biz qələbə gözləmədiyimiz ştatları udduq”, – deyən Trampın sözlərinə görə, o, Florida, Ohayo və Texasda qalib gəlib. Artıq aydındır ki, […]
Continue readingKİV: ABŞ-da seçkilərin ilkin nəticələri açıqlanmaya başlanıb
ABŞ-da prezident seçkilərinin hazırkı nəticələrinə əsasən, Donald Tramp İndiana ştatında səslərin hesablanmasından sonra 72 faiz səs toplayıb. Elitinfo.az xarici KİV-ə istinadla xəbər verir ki, D.Tranpın rəqibi Bayden isə bu məntəqədə 26,1 faiz səs qazana bilib. Bundan başqa, Tramp Kentukki ştatında səslərin 53,7 faizini, Bayden isə Vermontda 62,7 faizini qazanıb. Ştatlar üzrə səslərin hesablanması davam edir. […]
Continue readingİŞİD Vyanada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
İŞİD terror təşkilatı noyabrın 2-də Vyana şəhərinin mərkəzində baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Elitinfo.az xəbər verir ki, “Nashir News“ platformasında yerləşdirilən məlumatda “xilafətin əsgəri“nin Avstriya paytaxtında təxminən 30 nəfərin ölümü və yaralanması ilə nəticələnən hücum həyata keçirdiyi qeyd edilib. “Teleqram“ mesaj xidmətində fəaliyyət göstərən kanallardan birində də terrorçu təşkilat hadisəyə görə […]
Continue reading