ABŞ Prezidenti seçkilərində səslərin sayılması tam başa çatmasa da, Donald Tramp qələbəsini bayram etməyə hazırlaşır.

Elitinfo.az ABŞ telekanallarına istinadla xəbər verir ki, Ağ evdəki çıxışında dəstəyə görə amerikalılara minnətdarlığını bildirən hazırkı prezident nəticələri fenomenal adlandırıb. “Biz qələbə gözləmədiyimiz ştatları udduq”, – deyən Trampın sözlərinə görə, o, Florida, Ohayo və Texasda qalib gəlib. Artıq aydındır ki, “biz Corciya və Şimali Karolinanı da udmuşuq. Mümkündür ki, Arizonanı da udaq”.

Pensilvaniya, Miçiqan və Viskonsində qalib gəlmək üzrə olduğunu bildirən Donald Tramp deyib ki, qələbə üçün ona hətta bu ştatların hamısı lazım deyil.

O, çıxışının sonunda qələbə işarəsi olaraq yumruğunu qaldırıb.