ABŞ-da COVID-19-a yoluxanların sayı 11 milyon nəfəri ötüb

  Bazar günü yenilənmiş göstəricilərə müvafiq olaraq, Amerika Birləşmiş Ştatlarında koronavirusa yoluxanların sayı 11 milyon nəfəri ötüb. Elitinfo.az xəbər verir ki, koronavirusun növbəti dalğasının artması fonunda ABŞ-ın baş infeksionisti, doktor Entoni Fauçi səhiyyə sahəsindəki federal məmurlara və mütəxəssislərə yeni seçilən Prezident Co Baydenin keçid komandası ilə işə başlamağı tövsiyə edib. Cons Hopkins Universitetinin koronavirus pandemiyası barədə […]

Continue reading

Qədim Misirə aid 100-dən çox mumiya tapılıb

  Misirin Saqqara arxeoloji məkanında 100-dən çox mumiya aşkar edilib. Elitinfo.az xəbər verir ki, Misirin turizm və qədim abidələr naziri Xalid Ənani ölkədə fəaliyyət göstərən xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında onları təqdim edib. O bildirib ki, oktyabrın 3-də beynəlxalq arxeoloji ekspedisiya həmin ərazidə 101 mumiya tapıb. Bundan əvvəl isə Saqqarada 59 sarkofaq aşkar […]

Continue reading

Donald Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bildirib

  ABŞ Prezidenti Donald Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, Co Bayden yalnız “yalançı KİV-in” gözündə qalibdir. Elitinfo.az xəbər verir ki, bu barədə Donald Tramp özünün Twitter səhifəsində yazıb: “Co Bayden yalnız feyk-nyusun gözündə qalib gəlib. Mən heç nəyi qəbul etmirəm! Bizim hələ qarşıda böyük yolumuz var. Bu, seçkilərin saxtalaşdırılması idi”. Xatırladaq ki, […]

Continue reading

Cənubi Koreyanın hakim partiyası parlamenti paytaxtdan çıxarır

  Cənubi Koreyanın hakim Demokrat Partiyası Milli Assambleyanın 18 komitəsindən 11-nin Seconq şəhərinə köçürülməsini planlaşdırıb. Elitinfo.az “The Korea Herald” qəzetinə istinadla xəbər verir ki, bu, parlamentin Seuldan 120 kilometr məsafədə yerləşən Seconq şəhərinə köçürülməsi planı çərçivəsində reallaşacaq. Hakim partiya Seconqu ölkənin inzibati paytaxtı etməklə bağlı baş plan hazırlayıb. Plan detallı formada yaxın günlərdə geniş ictimaiyyətə təqdim […]

Continue reading

Rumıniyanda xəstəxanada baş verən yanğın 10 nəfərin həyatına son qoyub

  Rumıniyada xəstəxanaların birində yanğın baş verib. Elitinfo.az “Agenpress” agentliyinə istinadla xəbər verir ki, yanğın nəticəsində ən azı 10 nəfər həlak olub. Hadisə Rumıniyanın Pyatra-Nyamts şəhərində yerləşən xəstəxananın şöbələrindən birində qeydə alınıb. Yanğının səbəbləri barədə məlumat verilməyib. Bildirilib ki, yanğın artıq söndürülüb.

Continue reading

İstanbulda FETÖ terror təşkilatının 26 üzvü həbs edilib

Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirib. Elitinfo.az xəbər verir ki, əməliyyat nəticəsində həbs edilməsinə qərar verilən 61 şübhəlidən 26-sı saxlanılıb. Onların təşkilatın kriptoqrafik xəbərləşmə sistemindən istifadə etdikləri müəyyən olunub. Bu istiqamətdə əməliyyatlar davam etdirilir.

Continue reading

Səudiyyə Ərəbistanının 2020-ci il büdcə proqnozlarında neft gəlirlərinin payı 20 faiz azalıb

  Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman 2020-ci il üzrə büdcə proqnozlarında neft gəlirlərinin payının 20 faiz azaldığını açıqlayıb. Elitinfo.az xəbər verir ki, o, keçən il proqnozlaşdırılan büdcə gəlirlərinin 833 milyard rial olduğunu, bunun da 513 milyard rialını (137 milyard dollar) neft gəlirlərinin təşkil etdiyini söyləyib. Vəliəhd şahzadə bu il neft qiymətlərindəki azalma ilə neft […]

Continue reading

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

  Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsiniz. Şükürlər olsun ki, Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib. Bu gün də siz əldə etdiyimiz qələbələrlə şanlı əcdadın şanlı nəvələri olduğunuzu hər gün yenidən sübut edirsiniz. Belə bir ordunun Komandanı olmaqdan daha böyük şərəf, daha böyük qürur […]

Continue reading

Ermənistanın sabiq polis rəisi Paşinyanın qanunsuzluqlarından danışıb

Ermənistan polisinin sabiq rəisi Valeri Osipyan jurnalistlərə bildirib ki, vəzifədə olma dövründə bir sıra qanunsuz əmrlər alıb, amma onları yerinə yetirməyib. Bu barədə Elitinfo.azErmənistan mətbuatına istinadən xəbər verir. Valeri Osipyan baş nazir Nikol Paşinyanın istefasının yeganə çıxış yolu olub-olmaması barədə suala cavabında “qeyri-mümkün heç nə yoxdur” – deyə bildirib. Paşinyanın “Mənim istefamı əvvəlki hakimiyyətin talançıları […]

Continue reading