Rumıniyada xəstəxanaların birində yanğın baş verib.

Elitinfo.az “Agenpress” agentliyinə istinadla xəbər verir ki, yanğın nəticəsində ən azı 10 nəfər həlak olub. Hadisə Rumıniyanın Pyatra-Nyamts şəhərində yerləşən xəstəxananın şöbələrindən birində qeydə alınıb.

Yanğının səbəbləri barədə məlumat verilməyib. Bildirilib ki, yanğın artıq söndürülüb.