Prezident İlham Əliyev təkcə regionda deyil, dünya miqyasında texnologiyaya dəstək verən liderdir
Elitinfo.az COVID-19 pandemiyası ölkələr arasında sərhədlərin bağlanmasına, canlı ünsiyyətin dayandırılmasına səbəb olduğu dövrdə müasir texnologiyalar vasitəsilə əlaqələrin qurulması ön plana keçib. Bu baxımdan Azərbaycan yeni təşəbbüslərin müəllifi kimi çıxış edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən iki mühüm beynəlxalq tədbir – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə […]
Continue readingMasallıda 38 min əhalinin istifadə etdiyi yol yenidən qurulub
Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən, Masallı rayonunda 2 istiqamət üzrə kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Elitinfo.az-a bildirilib ki, söhbət ümumi uzunluğu 16 kilometr olan Masallı-Köhnə Alvadı-Təzə Alvadı və Köhnə Alvadı-Güllütəpə-Yeni Zuvand-Əmirtürbə avtomobil yollarından gedir. Uzun […]
Continue readingGüclü külək ağacları və binanın damını elektrik xətlərinin üzərinə aşırıb
Ötən gecədən müşahidə edilən güclü külək paytaxt Bakıda və bəzi regionlarda elektrik enerji təsərrüfatına ciddi ziyan vurub və nəticədə bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb. Hava şəraiti ilə olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib. “Azərişıq” ASC-dən Elitinfo.az -a bildirilib ki, 2-ci Zabrat qəsəbəsində Maştağa yoluna çıxan xəttin üzərinə ağac aşaraq 0,4 […]
Continue reading“World Net Summit” beynəlxalq onlayn konfransı başa çatıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilmiş “World Net Summit” beynəlxalq onlayn konfransı başa çatıb. Nazirlikdən Elitinfo.az-a bildirilib ki, ictimaiyyətin böyük marağına səbəb olan konfransı ümumilikdə 26 ölkədən 40 mindən çox insan izləyib. “World Net Summit” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC” və “Innoland” İnkubasiya və […]
Continue readingAzərbaycanda vergiödəyicilərinin sayı 1 milyondan çoxdur
May ayının 1-nə respublika üzrə 1 milyon 69 min 762 vergiödəyicisi qeydiyyatda olub. Onların 925 min 818-i və ya 86,5 faizi fiziki şəxs, 143 min 944-ü və ya 13,5 faizi hüquqi şəxslər və digər təşkilatlardır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Elitinfo.az-a bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 66 min […]
Continue readingNeftin qiyməti bahalaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşır. Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,37 dollar artaraq 32,50 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,87 dollar bahalaşaraq 29,43 dollar təşkil edib.
Continue readingÜlvi Mehdiyev: “Azərbaycan dataizm dövrünə tam hazırdır”
“Pandemiya bütün sahələrə çox ciddi ziyan vurub. Amma bunu demək nə qədər qəribə səslənsə də, pandemiya həm də müəyyən sahələrdə imkanlar və fürsətlər yaratdı. Məhz innovasiyalar və smartellerin tətbiqi rəqəmsallaşdırma üçün yeni bir imkanlar gətirdi”. Elitinfo.az xəbər verir ki, bu fikirləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev AzTV-yə müsahibəsində deyib. […]
Continue readingPaytaxtda hərəkət intensivliyini təmin edəcək yeni yol qovşağı yaradılır
Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı yenidənqurma işlərinə start verilib. Elitinfo.az-a Agentlikdən […]
Continue reading“Dədə Qorqud” tankeri təmir olunub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Dədə Qorqud” tankeri təmir olunub. Elitinfo.az bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, əsas göyərtəsi tam təmizlənərək rənglənib. Baş və köməkçi mühərrikləri təmir olunub. Bundan başqa, gəmi üzrə boru, elektrik […]
Continue readingNizami Muzeyində “virtual açıq qapı” təşkil olunacaq
Beynəlxalq Muzeylər Günündə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət etmək istəyən insanların marağını təmin etmək məqsədilə muzeydə “virtual açıq qapı” təşkil olunacaq. AMEA-dan Elitinfo.az-a bildirilib ki, muzeyin bələdçiləri tərəfindən virtual ziyarətçilərə muzeyin zalları, qiymətli eksponatları – əlyazmalar, arxeologiya nümunələri, miniatürlər, xalçalar, memarlıq abidələrinin maketləri, eləcə də ölkəmizin görkəmli ədəbi şəxsiyyətlərinin həyat və […]
Continue reading











