Azərbaycan nefti 2 dollardan çox BAHALAŞDI
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb. Elitinfo.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,06 ABŞ dolları, yaxud 2,31 % artaraq 91,16 ABŞ dollarına çatıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə […]
Continue readingNeft qiymətləri bahalaşıb
Dünya birjalarında neft qiymətləri bahalaşıb. Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,12 dollar artaraq 86,18 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,32 dollar bahalaşaraq 84,14 dollar olub.
Continue readingRuslan Əliyev: “Ötən il “Azəriqaz”ın qaz itkiləri 7,4 % təşkil edib”
2021-ci ildə “Azəriqaz” İstehsalat Birliyinin qaz itkiləri 7,4 % təşkil edib. Elitinfo/az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün birlikdə keçirilən “Açıq qapı” aksiyası zamanı QHT və media nümayəndələrinin suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, bu, 2020-ci ilin göstəricisindən 1,5 % azdır. Qurum rəhbəri bildirib ki, həcm ifadəsində […]
Continue readingAzərbaycanın İpək Yolunda rolu
Azərbaycan Mərkəzi Asiya ilə Avropanın kəsişməsində yerləşdiyinə görə strateji mövqedə yerləşir və orta əsrlərdə İpək Yolu boyunca mühüm ticarət mərkəzi olub. Beləliklə, o, malların, əmtəələrin, ideyaların, adətlərin və ənənələrin mübadiləsi və mədəniyyətlərin çarpaz mayalanması üçün həyati bir mərkəzə çevrildi. Bütün bunlar ona İpək Yolunda mühüm rol oynamağa imkan verdi. Xüsusilə Qafqaz regionunda Xəzər dənizinin qərb […]
Continue readingPirallahı Sənaye Parkının rezidenti dərman istehsalına başlayıb
Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” MMC tərəfindən ölkəmizdə ilk dəfə olaraq şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan “Diabeton® MR” (qliklazid) preparatının istehsalına başlanılıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, artıq şirkət tərəfindən 200 min qutu dərman istehsal edilib və paylanma üçün aidiyyəti yerlərə göndərilib. Cari ilin I rübünün sonunadək müəssisədə daha […]
Continue readingNeft qiymətləri bahalaşıb
Dünya birjalarında neftin qiymətləri bahalaşıb. Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,14 dollar artaraq 78,74 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,21 dollar bahalaşaraq 75,78 dollar olub.
Continue readingAzərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) Müşahidə Şurasının iclası keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən Eılitinfo.az-a bildiriblər ki, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Fondun 2022-ci il üzrə büdcə layihəsi, DNF-in İnvestisiya siyasəti və digər məsələlər müzakirə edilib. İclasda Dövlət Neft Fondunun 2022-ci il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının […]
Continue readingKOBİA Qətərdə keçirilən bir sıra görüşlərdə investisiya sahəsində əlaqələrin genişləndirilməsini müzakirə edib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri dekabrın 12-13-də Qətərdə səfərdə olublar. Agentlikdən Elitİnfo.az-a bildirilib ki, Azərbaycanın Qətərdəki səfirliyinin dəstəyi ilə KOBİA nümayəndələri Qətərin bir sıra qurumlarında görüşlər keçirib, sahibkarlara dəstək məqsədilə yaradılmış biznes inkubatorun fəaliyyəti ilə tanış olublar. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun Qətərin bələdiyyə naziri Abdullah bin Abdulaziz bin Turki […]
Continue readingAzərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,24 ABŞ dolları, yaxud 0,3 % azalıb. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 84,13 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Continue readingAğdam yaxın vaxtda elektrik enerjisi ilə təmin olunacaq
Ağdamda iki yarımstansiya və regional idarəetmə mərkəzində işlər yekunlaşır. “Azərenerji”dən Trend-ə verilən məlumata görə, Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərenerji” tərəfindən 2 yerdə 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir. Digər rayonlardan fərqli olaraq burada […]
Continue reading