“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası bu dəfə Bakının Zirə kəndində təşkil olunacaq.

İB-dən Elitinfo.az-a bildirilib ki, istehlakçıların tərəvəz məhsullarına olan tələbatının əhəmiyyətli hissəsini öz üzərinə götürən bu kəndin istixana sahiblərinin problem və təklifləri dinləniləcək. Mədəniyyət mərkəzinin qarşısında təşkil olunacaq səyyar qəbul otağı sentyabrın 21-də saat 12:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. Əsas məqsəd sahibkarlıq subyektlərinin daha rentabelli olmasını, daha rahat işləməsini, daha dayanıqlı olmasını təmin etməkdir.