Avqustun 14-də “Wizz Air Abu Dabi” aviaşirkəti ilk Abu-Dabi–Bakı reysini yerinə yetirib.

Eılitinfo.az xəbər verir ki, “Airbus321-100” markalı təyyarə Bakı vaxtı ilə saat 21:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Təyyarə ənənəvi olaraq su arkası ilə qarşılanıb.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Wizz Air Abu Dabi” aviaşirkəti həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günü Bakıya uçuşlar həyata keçirəcək. Biletləri “wizzair.com” saytından əldə etmək mümkündür.