Neft qiymətləri bahalaşıb
Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar artaraq 63,43 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,63 dollar bahalaşaraq 60,10 dollar olub.
Continue reading“Azəriqaz” İctimai Şura yaradır
“Azəriqaz” İstehsalat Birliyi kommunal xidmətlər üzrə ekspertlər və Qeyri-Hökumət Təşkilatları (QHT), eləcə də ictimaiyyət nümayəndələrindən ibarət İctimai Şuranın yaradılması işlərinə başlayıb. Birlikdən Elitinfo.az-a bildirilib ki, bu məqsədlə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev İB-də İctimai Şuraya seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyasının təşkilinə dair əmr imzalayıb. Əmrə əsasən, komissiyanın tərkibində “Azəriqaz” İB-nin Hüquq […]
Continue readingNazir: Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin mərkəzlərindən birinə ev sahibliyi Azərbaycana mühüm töhfə verəcək
Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin mərkəzlərindən birinə ev sahibliyi Azərbaycana mühüm töhfə verəcək. Elitinfo.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir qeyd edib ki, qabaqcıl şirkətlərlə birgə iş qeyri-neft sahəsinin inkişafında, iqtisadiyyatın şaxələnməsi və rəqəmsallaşmasında faydalı olacaq, ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq.
Continue readingBeynəlxalq Valyuta Fondu ilə iqtisadi artımı dəstəkləyəcək addımlara dair müzakirələr aparılıb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun virtual missiyası ilə görüşüb. İqtisadiyyat Nazirliyindən Elitinfo.az-a bildirilib ki, görüşdə Azərbaycan iqtisadiyyatında inkişaf meyilləri, 2021-2022-ci illər və ortamüddətli dövr üzrə perspektivlər, COVID-19 pandemiyası fonunda iqtisadi risklər və Azərbaycan hökumətinin adekvat cavab tədbirləri barədə fikir mübadiləsi aparılıb. Nazir pandemiyanın milli iqtisadiyyata və biznes subyektlərinə göstərdiyi təsirlər, Azərbaycan hökumətinin […]
Continue readingXarici portalda “Azərişıq”la bağlı məqalə dərc edilib
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əsaslı islahatlar davamlı olaraq həyata keçirilir. Dövlətin son illər elektroenergetika sahəsində paylayıcı şəbəkəyə yönəltdiyi diqqət nəticəsində “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) müasir standartlara uyğun yenidən qurulması və inkişafı mənzil qərargahı Paris şəhərində yerləşən, Dövlət Sektorunun İnnovasiyalar üzrə qlobal forumu olan “OPSI” şirkətinin diqqətindən yayınmayıb. ASC-dən Elitinfo.az-a […]
Continue readingAzərbaycan neftinin bir barreli 62,77 dollara satılır
Azərbaycan neftinin qiyməti bahalaşıb. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,53 dollar artaraq 62,77 dollar təşkil edib. Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Continue readingSahibkarlıq subyektlərində zəruri qayda və tələblərə əməl edilməməsi halları aşkarlanıb
İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirləri davam edir. Nazirlikdən Elitinfo.az-a bildirilib ki, fevralın 11-də keçirilmiş monitorinqlər zamanı Nizami rayonunda “Sidre mebel” mağazasında, Binəqədi rayonunda “Vimay-med tibb mərkəzi”ndə, “Nursel ticarət” mağazasında, Oqtay Kərimova məxsus meyvə-tərəvəz mağazasında, Qaradağ rayonunda Amil Şəmiyevə […]
Continue reading“AzerGold” “YAŞAT” Fonduna ianə edib
“AzerGold” QSC Prezident İlham Əliyevin Fərmanı ilə ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna ianə edib. QSC-dən Elitinfo.az-a bildirilib ki, “AzerGold”un Korporativ Sosial Məsuliyyət Komitəsi tərəfindən aylıq 25 min manat məbləğində olmaqla il ərzində ümumilikdə 300 min manat məbləğində vəsaitin ianə edilməsinə dair qərar qəbul edilib. […]
Continue readingNazir: 2020-ci ildə sahibkarlara 169 milyon manat dövlət zəmanətli kredit ayrılıb
Pandemiyanın təsirlərinin minimallaşdırılması tədbirləri çərçivəsində 2020-ci ildə sahibkarlara 169 milyon manat dövlət zəmanətli kredit ayrılıb. Elitinfo.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir qeyd edib ki, il ərzində mövcud kreditlər üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.
Continue reading“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurası yaradılır – Sərəncam
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası yaradılır. Elitinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti QSC-nin yenidən təşkili və ləğvi, cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətlərini yerinə yetirəcək. Azərbaycan İnvestisiya Holdinqi […]
Continue reading