BP ötən il Azərbaycanda sponsorluq layihələrinə 4,24 milyon ABŞ dolları vəsait xərcləyib.

“BP Azerbaijan” şirkətindən Elitinfo.az-a bildirilib ki, il ərzində isə BP və onun əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 3,23 milyon dollar vəsait sərf edib. Beləliklə də, BP həm özü, həm də tərəfdaşları ilə birgə keçən il Azərbaycandakı layihələrə 7,47 milyon dollar vəsait sərf edib.
Qeyd edək ki, BP və tərəfdaşları bu vaxtadək Azərbaycanda sosial inkişaf proqramları vasitəsilə təxminən 90 milyon dollar sərmayə qoyub.