“Azeri Light” nefti sonuncu dəfə keçən il fevralın 22-də 60 dollardan baha satılmışdı
Azərbaycan neftinin qiyməti bahalaşıb.
Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,12 dollar artaraq 60,51 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti sonuncu dəfə ötən il fevralın 22-də 60 dollar/barreli keçmişdi.
“Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.