Energetika Nazirliyi ötən il 424 inzibati xəta haqqında işə baxıb.

Elitinfo.az nazirliyə istinadla xəbər verir ki, 2020-ci il ərzində İnzibati Xətalar Məcəlləsinin 279, 281 və 282-ci maddələrinə əsasən 424 inzibati xəta haqqında işə baxılıb. Baxılmış işlərdən 228 iş üzrə inzibati tənbeh vermə haqqında, 50 iş üzrə inzibati icraata xitam verilməsi haqqında, 11 işin rədd edilməsi haqqında qərar qəbul edilib. Həmçinin inzibati xətalara dair işlərdən 135-i barəsində təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilməsi haqqında qərar qəbul olunub.