Ölkədəki müəssisə və təşkilatların sayı 130 min 323-ə çatıb

Ötən il ərzində müəssisə və təşkilatların sayı 9,9 faiz artaraq bu il yanvarın 1-i vəziyyətinə 130 min 323 olub. Dövlət Statistika Komitəsindən  bildiriblər ki, reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (30 faiz), İran (9,3 faiz), Böyük Britaniya (6,8 faiz), Rusiya (6,8 faiz), ABŞ (2,7 faiz) və Almaniya (1,8 faiz) […]

Continue reading

Qadın sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər işlənəcək

Qadın sahibkarlar üçün stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması planlaşdırılır. “Elitinfo.az”  xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov deyib. O qeyd edib ki, həmin mexanizmlər Azərbaycanda qadınların iqtisadi təşəbbüslərinin reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Mexanizmlərdə xüsusilə kənd yerlərində qadın məşğulluğu məsələsi diqqət mərkəzində saxlanılacaq, bu sahədə daha […]

Continue reading

Keçən il Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə ixrac edilən neftin həcmi açıqlanıb

  Azərbaycanın 2018-ci ildə Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəməri ilə ixracı çoxalıb. “Elitinfo.az” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir. Bildirilir ki, il ərzində BTC ilə 27 milyon 332,5 min tonu Konsorsiumun, 119,7 min tonu isə SOCAR-ın olmaqla ümumilikdə 27 milyon 452,2 min ton neft ötürülüb. 2017-ci illə müqayisədə bu boru kəməri […]

Continue reading

İdarəetmədə islahatlar büdcəyə milyonlar qazandıracaq

Struktur islahatlarının əsas məqsədlərindən biri dövlət büdcəsi vəsaitlərinə qənaət olunmasıdır Azərbaycanda həyata keçirilən struktur islahatlarının əsas məqsədlərindən biri idarəetmə sistemində çevikliyin təmin olunmasıdırsa, digəri də dövlət büdcəsi vəsaitlərinə qənaət olunmasıdır. Prezident İlham Əliyevin yanvarın 14-də imzaladığı fərmanları ilə ləğv edilən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə 2019-cu ilin dövlət büdcəsindən 4 milyon […]

Continue reading

Azərbaycanda daha bir dövlət agentliyi yaradılır

Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradılacaq.Bununla bağlı prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edilir və onun funksiyaları Nazirliyin Aparatına verilir. Bundan əlavə, fərmanda Maliyyə Nazirliyinin Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti və Gənclər və […]

Continue reading

Azərbaycanda qaz hasilatı 2 mlrd. kubmetrə yaxın artıb

2018-ci il ərzində Azərbaycanda proqnozdan 500 mln. kubmetr çox olmaqla 30,422 mlrd. kubmetr qaz hasil edilib. ”Elitinfo.az” bu barədə Energetika Nazirliyi tərəfindən 2018-ci ildə görülmüş işlərə dair hesabata istinadən xəbər verir. Ötən il ölkədə qaz hasilatının həcmi 2017-ci illə müqayisədə 1 824,1 mln. kubmetr və yaxud 6,4% çoxdur. Qaz hasilatının 6,547 mlrd. kubmetri SOCAR-ın, 12,506 […]

Continue reading

Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub

Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinin icrası Seymur Mövlayevə həvalə edilib.Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Seymur Mövlayev buna qədər “Aqrolizinq” ASC-nin sədri vəzifəsində, daha əvvəl isə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin direktoru vəzifəsində çalışıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Aqrar Xidmətlər Agentliyinin yaradılmasına dair Fərman imzalayıb. Fərmana əsasən, yeni Agentlik […]

Continue reading

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb

Prezident İlham Əliyev yanvarın 14-də “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. “Elitinfo.az” xəbər verir ki, aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, […]

Continue reading

Gömrük orqanları ölkənin iqtisadi təhlükəsizliyinin qarantıdır

İstiqamət: Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, qaçaqmalçılıq hallarının qarşısının alınması, ümumi təhlükəsizlik məsələləri. Hər bir dövlətin iqtisadi təhlükəsizliyinin təmin olunması gömrük keçid məntəqələrindən başlanır. Gömrük orqanlarının əməkdaşlarının səmərəli fəaliyyəti, qanunvericiliyin tələblərinə sərt şəkildə nəzarət etməsi nəticəsində ölkədə həm milli sahibkarların hüquqları qorunur, həm də xaricdən Azərbaycana əhalinin sağlamlığı üçün zərərli, təhlükəli […]

Continue reading

“İcmal büdcədə 4 milyard 700 milyon manat büdcə artıqlığı əldə edilib” – Samir Şərifov

“Operativ məlumatlara əsasən, 2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 milyard 35 milyon manat, xərcləri 26 milyard 334 milyon manat icra olunub”. “Elitinfo.az” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Onun sözlərinə görə, ötən il ölkə iqtisadiyyatının dinamik inkişafı dövlət və […]

Continue reading