Qadın sahibkarlar üçün stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması planlaşdırılır. “Elitinfo.az”  xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov deyib.
O qeyd edib ki, həmin mexanizmlər Azərbaycanda qadınların iqtisadi təşəbbüslərinin reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Mexanizmlərdə xüsusilə kənd yerlərində qadın məşğulluğu məsələsi diqqət mərkəzində saxlanılacaq, bu sahədə daha perspektivli istiqamətlər müəyyənləşdirilərək müvafiq tədbirlər görüləcək.