Əməkdar artist Timur Əsgərov Jan de Briyen obrazını canlandıracaq
Yanvarın 30-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Aleksandr Qlazunovun “Raymonda” baleti nümayiş olunacaq. “Elitinfo.az” teatrın saytına istinadla xəbər verir ki, Azərbaycanın Əməkdar artisti Timur Əsgərov səhnə əsərində Jan de Briyen obrazını canlandıracaq. Baletin dünya premyerası 1898-ci ildə Mariya Teatrında olub. T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna […]
Continue readingNiyazinin mənzil muzeyində ilin ilk tədbiri dirijorluq sənətinə həsr ediləcək
Niyazinin mənzil muzeyində ilin ilk tədbiri dirijorluq sənətinə həsr ediləcək. Muzeyin budəfəki qonağı Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev olacaq. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov AZƏRTAC-a bildirib ki, yanvarın 16-da Musiqi Mədəniyyət Dövlət Muzeyinin təşəbbüsü ilə reallaşacaq tədbirdə dirijorun yaradıcılığından danışılacaq, dirijorluq sənəti ilə bağlı maraq doğuran […]
Continue readingDaşkənddəki universitetdə Məhəmməd Füzulinin adını daşıyan mərkəz yaradılacaq
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar mərkəzi yaradılacaq. Təxminən bir il əvvəl mərkəzin statusu, onun dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıması, habelə gələcək fəaliyyətinə dair Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla universitetin rektoru, professor Şuxrat Siracəddinov arasında […]
Continue readingAzərbaycan İlahiyyat İnstitutunda seminar: “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət”
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Tələbə seminarları” layihəsi çərçivəsində birinci kurs tələbəsi İsgəndər İsgəndərovun təqdimatında “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” mövzusunda seminar keçirilib. İnstitutdan “Elitinfo.az”-a bildiriblər ki, seminarı idarə edən prorektor, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Aİİ-də mütəmadi olaraq müxtəlif mövzularda keçirilən tədbirlərin maarifləndirmə məqsədi daşıdığını və cəmiyyətdə maraqla qarşılandığını deyib. O, “Tələbə seminarları” […]
Continue readingİçərişəhərdə “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi davam edir
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi davam edir. “Elitinfo.az” xəbər verir ki, sərgidə dünyanın böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olunur. Sərginin əsas eksponatlarını İstanbul Əskəri Muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil edir, həmçinin Gürcüstan Milli Muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də […]
Continue readingParisdə Azərbaycan muğam triosunun konserti olacaq
Ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası və Parisin “Theatre de la Ville” teatrının birgə təşkilatçılığı ilə Azərbaycan muğam triosunun konserti olacaq. “Elitinfo.az” xəbər verir ki, “Theatre des Abbesses” zalında keçiriləcək konsertdə Əməkdar artist Elşən Mansurov (kamança) və Ələkbər Ələkbərovun (tar) müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva muğamlarımızı ifa edəcək. Paris “Theatre de la Ville” […]
Continue readingBakı xanlarının evi yaxın gələcəkdə muzeyə çevriləcək
2018-ci il “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi üçün saysız-hesabsız mədəni-kütləvi tədbirlər, uğurlar və çoxsaylı mütərəqqi hadisələrlə yadda qalıb. İdarədən “Elitinfo.az”-a bildirilib ki, qurum üçün böyük uğurlardan biri ötən ilin oktyabrın 23-24-də İdarə və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən birgə ərsəyə gətirilən “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” adlı ilk beynəlxalq elmi konfransın keçirilməsi olub. Dünyanın […]
Continue readingGörkəmli rəssam Zurab Sereteli 85 illik yubileyini qeyd edir
SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının prezidenti, tanınmış heykəltəraş Zurab Seretelinin 85 yaşı tamam olur. “Elitinfo.az”-ın məlumatına görə, Zurab Sereteli Gürcüstanın paytaxtı Tbilisidə anadan olub. Tbilisi Rəssamlıq Akademiyasını bitirdikdən sonra, 1964-cü ildə Fransada təhsilini davam etdirib. Görkəmli rəssamlar Pablo Pikasso və Mark Şaqaldan ustad dərsləri alıb. Zurab Sereteli 5000-dən çox rəsm əsəri, heykəl və […]
Continue readingGənc Tamaşaçılar Teatrı və Musiqili Teatr ötən ili uğurla başa vurub
Ötən mövsüm Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı üçün məhsuldar olub. Bu barədə məlumat verən teatrın mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva deyib: “Ötən il Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi keçirildi. Yubiley təntənəsinə hazırlıq, yeni əsərlərin repertuara daxil edilməsi, ölkə başçısının Sərəncamı ilə bir sıra əməkdaşlarımızın fəxri adlarla təltif edilməsi və bu kimi hadisələr 2018-ci ili […]
Continue readingYeni muzey ünvanları, zənginləşən ekspozisiyalar
Ötən il, mədəniyyətin digər sahələrində olduğu kimi, muzey sahəsində də yeniliklərlə yadda qaldı. Tarixi mədəni irsimizin saxlanc yeri olan muzeylərin kolleksiyaları yeniləndi, zənginləşdi, beynəlxalq səviyyəli tədbirlər, sərgilər, treninqlər keçirildi. Eyni zamanda muzeylərimizin beynəlxalq əlaqələri genişləndi, xarici ölkə muzeyləri ilə təcrübə mübadiləsi aparıldı. “Elitinfo.az” xəbər verir ki, ölkəmizin ictimai-mədəni həyatında xidmətləri olan ziyalıların xatirəsinin əbədiləşdirilməsinə, onların […]
Continue reading











