Dekabrın 19-da Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş kamera konserti keçirilib.
“Elitinfo.az” xəbər verir ki, konsert Prezident İlham Əliyevin Qara Qarayevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil edilib.
Konsertdə tanınmış rusiyalı musiqiçilər, beynəlxalq müsabiqələr laureatları – pianoçu Olqa Domnina, skripka ifaçısı Stanislav Malışev, vokalçı Mahir Tağızadə Qara Qarayevin əsərlərini səsləndiriblər.
Xatırladaq ki, görkəmli bəstəkarın 100 illiyi respublikamızda və onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd edilir.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16