Sumqayıt Regional Mədəniyyət İdarəsinin Sumqayıtdakı Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbində görkəmli bəstəkar Arif Məlikovun 85 illiyi münasibətilə konsert təşkil edilib.
“Elitinfo.az” xəbər verir ki, məktəbin fortepiano və xalq çalğı alətləri şöbəsinin şagird və müəllimləri Azərbaycanın müasir bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. Konsertdə Arif Məlikov, Xəyyam Mirzəzadə, İlham Abdullayev, Ramiz Mirişli və məktəbin yetirməsi, bəstəkar Ceyhun Allahverdiyevin əsərləri səslənib.
Digər tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi, Mahmudlu Kənd Tam Orta məktəbi, Süleyman Rəhimov adına ədəbi birlik və mədəniyyət evlərinin birgə təşkilatçılığı ilə reallaşıb. Qubadlı rayon Mədəniyyət evində şair Ədalət Nicatla görüş keçirilib. Tədbirdə şairin yaradıcılığı haqqında geniş məlumat verilib, Mahmudlu kənd tam orta məktəbin şagirdləri şairin şeirlərini söyləyiblər.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16