Leyla Əliyeva VIII Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılışında 

  Rusiya paytaxtında VIII Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesi açılıb. Elitinfo.az xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Rusiya Dövlət Tretyakov Qalereyasında keçirilən sərgi “Məkan oriyentasiyası” mövzusuna həsr olunub. Müasir İncəsənət Biennalesində 11 ölkədən 34 rəssamın 50-dən çox əsəri nümayiş etdirilir. Ekspozisiyada Azərbaycan rəssamları Orxan Məmmədovun “Estetikanın saxlanması ideyası” […]

Continue reading

“Milli musiqi xəzinəmizdən” layihəsinin ilk nəşrlərin təqdimatı keçirilib

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Milli musiqi xəzinəmizdən” layihəsi üzrə ilk nəşrlərin – görkəmli bəstəkarlar, SSRİ Xalq artisti Fikrət Əmirovun və Əməkdar incəsənət xadimi Elmira Nəzirovanın fortepiano üçün əsərlərindən ibarət not məcmuələrinin təqdimat mərasimi keçirildi. Təqdimat mərasimi Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşdı. Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək layihə haqqında […]

Continue reading

Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd olunub

 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd olunub. Elitinfo.az xəbər verir ki, gecədə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirin Prezident İlham Əliyevin “Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçirildiyini bildirib. Diqqətə çatdırıb ki, yazıçının “Böhtan”, “Sabahın sorağında”, “Bahar yağışı” əsərləri Azərbaycan […]

Continue reading

“İndi hünər meydanıdır” adlı kitab işıq üzü görüb

  “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə növbəti uğurlu layihəyə imza atıb. “Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu” adlı layihə çərçivəsində hazırlanmış “İndi hünər meydanıdır” adlı kitab bu günlərdə nəfis tərtibatla işıq üzü görüb. Kitabda hazırda yaşayıb-yaradan aşıqlarımızın qəhrəmanlıq və vətənpərvərlik […]

Continue reading

“LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının bağlanış mərasimi keçirilib

    Heydər Əliyev Mərkəzində “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının bağlanış mərasimi keçirilib. Elitinfo/az xəbər verir ki, “Avrasiya Xalqları Assambleyası” beynəlxalq qeyri-hökumət təşkilatları ittifaqının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının “LiFFt” Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur. Bağlanış mərasimində Avrasiya Xalqları Assambleyasının baş katibinin birinci müavini Svetlana Smirnova bildirib ki, festival […]

Continue reading

Heydər Əliyev Mərkəzində “Yaddaşın əlifbası” adlı sərgi açılıb

  Heydər Əliyev Mərkəzində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin “Yaddaşın əlifbası” adlı fərdi sərgisi açılıb. Ekspozisiyada müəllifin 20-dən çox əsəri nümayiş olunur. Elitinfo.az xəbər verir ki, sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov […]

Continue reading

Sami Yusufa Azərbaycan Prezidentinin fəxri diplomu təqdim edildi

  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva  Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufla görüşüb. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva müğənniyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim etdi. Birinci vitse-prezident Mehriban Əliyeva Sami Yusufun II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalındakı iştirakını yüksək dəyərləndirdi. Mehriban Əliyeva müğənninin bu ilin […]

Continue reading

Milli Kitabxanada “1 oktyabr – Beynəlxalq Musiqi Günü” adlı kitab sərgisi açılıb

1975-ci il oktyabrın 1-də UNESKO-nun qərarı ilə Beynəlxalq Musiqi Günü təsis edilmişdir. Bu bayram hər il bütün dünyada ən yaxşı musiqiçi və incəsənət kollektivlərinin iştirak etdiyi möhtəşəm konsert proqramları ilə qeyd olunur. Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin məlumatına görə bu münasibətlə Milli Kitabxanada “1 oktyabr – Beynəlxalq Musiqi Günü” adlı geniş kitab sərgisi açılıb. Sərgidə Azərbaycan […]

Continue reading

Heydər Əliyevin həyatı hər bir gənc üçün ən böyük vətəndaşlıq, vətənpərvərlik nümunəsidir

  Ulu öndər Heydər Əliyevin həyatı hər bir yeniyetmə və gənc üçün ən böyük vətəndaşlıq, vətənpərvərlik nümunəsidir. Elitinfo.az xəbər verir ki, bu fikir Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev nümunəsində vətəndaşlıq, vətənpərvərlik və Azərbaycançılıq ideologiyası” mövzusunda keçirilən tədbirdə səsləndirilib. Gənc mədəniyyət və təhsil işçilərinin iştirak etdiyi tədbirdə çıxış […]

Continue reading

“LEYLA. FONS VITAE” poeziya tamaşası maraqla qarşılanıb

  İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “LEYLA. FONS VITAE” poeziya tamaşası təqdim olunub. Tamaşanı izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da olub. “LEYLA. FONS VITAE” Leyla Əliyevanın və şair və dramaturq, Çexiyada yaşayan həmvətənimiz Leyla Bəyimin (Cəfərovanın) iştirakı ilə hazırlanmış […]

Continue reading