Şahmat turnirində Azərbaycan – Ermənistan finalı ola bilər

Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu gün növbəti görüşünü keçirəcək. Elitinfo.az-ın məlumatına görə, 33 yaşlı qrossmeyster yarımfinalda ikinci dəfə rusiyalı həmkarı Daniil Dubovla üz-üzə gələcək. İlk dueldə rəqibinə 3:1 hesabı ilə qalib gələn Rəcəbovu finala çıxmaq üçün heç-heçə də qane edəcək. Digər yarımfinal görüşündə Ermənistan təmsilçisi […]

Continue reading

AFFA-nın İcraiyyə Komitəsinin qərarları açıqlandı

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. Elitinfo.az xəbər verir ki, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvləri Elşad Nəsirov, Elxan Məmmədov, Vaqif Sadıqov, Mahir Məmmədov, Firudin Qurbanov, Elmar Məmmədyarov, Zaur Axundov, Fərid Mansurov və Könül Mehdiyeva iştirak ediblər. Müzakirələrdən əvvəl Vətən müharibəsində, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik […]

Continue reading

Dünya çempionatının finalında Azərbaycanı iki şahmatçı təmsil edəcək

Dekabrın 19-da rapid üzrə yeniyetmələr arasında dünya çempionatının final mərhələsi start götürəcək. Elitinfo.az xəbər verir ki, yarışda qızlar arasında Azərbaycanı iki şahmatçı təmsil edəcək. Belə ki, 10 yaşlıların turnirində Səadət Bəşirli, 16 yaşlı şahmatçılar arasında isə Ayan Allahverdiyeva medallar uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, şahmatçılarımız dünya çempionatının noyabrın 27-də start götürmüş seçmə mərhələsində finala […]

Continue reading

“The Best FIFA Football Awards”: ilin yaxşıları müəyyənləşir

FIFA ilin ən yaxşılarının adını açıqlayacaq. Elitinfo.az xəbər verir ki, ilk dəfə onlayn formatda təşkil olunan tədbir ilin ən yaxşı qadın və kişi məşqçiləri, ən yaxşı qadın və kişi futbolçuları olmaqla, ümumilikdə on bir nominasiya üzrə mükafatlar təqdim edəcək. “The Best”lə bağlı səsvermə noyabr 25-dən dekabrın 9-dək davam edib. Səsvermədə yığma komandaların baş məşqçiləri, kapitanları, […]

Continue reading

Qadın güləşçimiz Dünya Kubokunda bürünc medal qazandı

Azərbaycanın qadın güləşçisi Elis Manolova Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda bürünc medal qazanıb. Elitinfo.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı medal görüşündə türkiyəli Aslı Demirhana qalib gəlib – 4:0. Digər sərbəst güləşçi Alyona Kolesnik (57 kq) isə rusiyalı Veronika Çumikovaya uduzaraq, bürünc medal şansını əldən verib. Qeyd edək ki, daha […]

Continue reading

Azərbaycan güləşçisi Fərdi Dünya Kubokunun 1/4 finalına çıxıb

Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir. Elitinfo.az xəbər verir ki, bu gün 60, 63, 82, 97 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Taleh Məmmədov ilk görüşdə Ukrayna güləşçisinə rahat qalib gəlib. 60 kq 1/8 final: Nihat Məmmədli – Viktor Çiobanu (MDA) 63 kq 1/8 final: Taleh Məmmədov – […]

Continue reading

“Qarabağ” – “Qəbələ” matçı təxirə salınıb

Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu “Qarabağ”ın heyətində 7 futbolçuda COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün 06.12.2020 tarixdə baş tutmayacaq. Elitinfo.az xəbər verir ki, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınır. Turun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.

Continue reading

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi AFFA-da yad edilib

  Dekabrın 4-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Elitinfo.az xəbər verir ki, ölkəmizin bütün ərazisində olduğu kimi, AFFA-da çalışan əməkdaşlar da Azərbaycan Ordusunun şəhidlik zirvəsinə ucalan 2783 hərbi qulluqçusunun əziz xatirəsini ehtiramla anıblar. Allah bütün şəhidlərimizə rəhmət eləsin […]

Continue reading

Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun təqvimi açıqlanıb

  Noyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun təqvimi açıqlanıb. Elitinfo.az Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura dekabrın 5-də “ASK Arena”da keçiriləcək “Keşlə” – “Səbail” oyunu ilə start veriləcək. Matç saat 14:00-da başlayacaq. Turun ikinci görüşü həmin gün “Bank Respublika Arena”da oynanılacaq. “Sabah” klubu doğma meydanda “Neftçi” […]

Continue reading

Azərbaycan karateçisi İrina Zaretska Xorvatiyada beynəlxalq turnirin qalibi olub

  Azərbaycan millisinin üzvü İrina Zaretska Xorvatiyada “Top Ten” beynəlxalq karate turnirinin qalibi olub. Elitinfo.az xəbər verir ki, idmançılar hər ilin sonunda bu yarışda xüsusi dəvətlə iştirak edirlər. Yüksək nəticəsi olan seçilmiş karateçilər bir dövrə görüşərək, aralarında ən güclünü müəyyənləşdirirlər. Bir növ şou xarakteri daşıyan turnirin qalibinə kubok ilə yanaşı, pul mükafatı da təqdim olunur.

Continue reading