Dekabrın 4-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elitinfo.az xəbər verir ki, ölkəmizin bütün ərazisində olduğu kimi, AFFA-da çalışan əməkdaşlar da Azərbaycan Ordusunun şəhidlik zirvəsinə ucalan 2783 hərbi qulluqçusunun əziz xatirəsini ehtiramla anıblar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin və qazilərimizə şəfa versin.