FIFA ilin ən yaxşılarının adını açıqlayacaq.
Elitinfo.az xəbər verir ki, ilk dəfə onlayn formatda təşkil olunan tədbir ilin ən yaxşı qadın və kişi məşqçiləri, ən yaxşı qadın və kişi futbolçuları olmaqla, ümumilikdə on bir nominasiya üzrə mükafatlar təqdim edəcək.

“The Best”lə bağlı səsvermə noyabr 25-dən dekabrın 9-dək davam edib. Səsvermədə yığma komandaların baş məşqçiləri, kapitanları, azarkeşlər və qitə futbol qurumunda qeydiyyatdan keçmiş jurnalistlər iştirak edib.

Xatırladaq ki, ötən il “İlin ən yaxşı” futbolçusu adına İspaniyanın “Barselona”nın klubunun ulduz futbolçusu Lionel Messi layiq görülmüşdü. Argentinalı bu mükafatı altı dəfə qazanan ilk futbolçu kimi tarixə düşüb.