“Barselona” Suaresə əvəzləyici tapdı

“Barselona” Luis Suaresi əvəzləyicisini tapıb. “Elitinfo.az” xəbər verir ki, Kataloniya klubu uruqvaylı hücumçunun gedişindən sonra onun boşluğunu “Selta”da çıxış edən həmyerlisi Maksi Qomeslə doldurmaq istəyir. Klub rəhbərliyi oyun tərzi Suaresə yaxın olan forvardla uzunmüddətli müqavilə bağlamaq niyyətindədir. Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm “Selta”nın heyətində La Liqada keçirdiyi 15 oyunda 8 qol vurub.

Continue reading

“Qalatasaray” qalib gələrək liderlə arasındakı xal fərqini azaldıb

  Dekabrın 23-də futbol üzrə Türkiyə Superliqasının XVII turunda turnir cədvəlinin beşinci pilləsində qərarlaşmış “Qalatasaray” komandası “Türk Telekom” stadionunda doqquzuncu sırada yer alan “Sivasspor”u qəbul edib. “Elitinfo.az” xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 4:2 hesabı ilə İstanbul komandasının qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı görüşün 9-cu dəqiqəsində qonaqların məşhur braziliyalı futbolçusu Robinyo açıb. […]

Continue reading

Bakıda UEFA Avropa Liqasına həsr olunan muzeyin rəsmi açılış mərasimi keçirilib – Fotolar

  Bakıda UEFA Avropa Liqasına həsr olunan muzeyin rəsmi açılış mərasimi keçirilib. “Elitinfo.az” xəbər verir ki,  tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın İcraiyyə Komitəsinin və Məşqçilər Komitəsinin üzvləri iştirak ediblər. Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları muzeydə nümayiş olunan eksponatlarla tanış olublar. […]

Continue reading

Növbəti Avropa çempionatının qalibi 34 milyon avro qazana bilər

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının finalında iştirak edəcək komandaların ümumi mükafatını açıqlayıb. Ümumi məbləğ 371 milyon avro təşkil edəcək. Avropa çempionatında iştirak üçün pul mükafatı ötən turnirlə müqayisədə 23 faiz artırılıb. 2016-cı ildə Fransada keçirilmiş yarışda mükafat fondu 301 milyon avro olub. “Elitinfo.az” xəbər verir ki, Avropa çempionatının final mərhələsində iştirak edəcək 24 yığma […]

Continue reading

Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey yaradılacaq

  Gələn il mayın 29-da Bakıda keçiriləcək final oyununa hazırlıq məqsədilə dekabrın 22-dən yanvarın 7-dək Azərbaycan paytaxtında UEFA Avropa Liqasına həsr olunmuş muzey yaradılacaq. Futbol həvəskarları 17 gün ərzində fəaliyyət göstərəcək muzeydə UEFA Avropa Liqası tarixinin unudulmaz anlarının əks etdirən eksponatları görə biləcəklər. “Elitinfo.az” AFFA-nın saytına istinadla xəbər verir ki, Nizami Gəncəvi adına Milli Azərbaycan […]

Continue reading

“Zirə” və “Sumqayıt” yarımfinalda

Dünən ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. “Elitinfo.az”  xəbər verir ki,  ilk oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçı “Bayıl Arena”da oynanılıb. Burada “Zirə” “Səbail”in qonağı olub. İlk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gələn Samir Abasovun komandası cavab görüşündə də qələbə qazanıb – 3:2. Bununla da “Zirə” yarımfinala yüksəlib. Günün […]

Continue reading

Messi beşinci dəfə “Qızıl Buts”un sahibi oldu

  İspaniyanın “Barselona” klubunun və Argentina millisinin ulduz futbolçusu Lionel Messi karyerası ərzində beşinci dəfə “Qızıl Buts”un sahibi olub. “Elitinfo.az” xəbər verir ki, “Barselona” klubunun “Tvitter” səhifəsində yer alan məlumata görə, argentinalı hücumçu 2017-2018-ci il mövsümündə ölkə çempionatlarında ən çox qol vuran futbolçuya verilən mükafata 36 oyunda 34 dəfə fərqləndiyi üçün layiq görülüb. Bu nominasiyada […]

Continue reading

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb

Dekabrın 17-də UEFA-nın mənzil-qərargahında futbol üzrə UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün səkkizdəbir final mərhələsinin püşkatma mərasimi keçirilib.“Elitinfo.az” xəbər verir ki, püşkün nəticələrinə əsasən, səkkizdəbir finalda aşağıdakı oyunlar keçiriləcək: “Şalke” – “Mançester Siti”; “Atletiko Madrid” – “Yuventus”; “Mançester Yunayted” – “Paris-Sen-Jermen”; “Tottenhem” – “Borussiya Dortmund”; “Lion” – “Barselona”; “Roma” – “Porto”; “Ayaks” – “Real Madrid”; […]

Continue reading

“Qarabağ” və “Qəbələ”dən qələbə – Ölkə kuboku

Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçirilib. “Elitinfo.az” xəbər verir ki,   “Qəbələ” doğma meydanda “Sabah”ı qəbul edib. Görüş “qırmızı-qaralar”ın qələbəsi ilə başa çatıb – 1:0. Günün digər oyununda “Qarabağ” Azərbaycan kubokunun sonuncu qalibi “Keşlə”ni qəbul edib. Bu komandaların Premyer Liqadakı sonuncu duelində Ağdam klubu böyük hesabla qalib gəlmişdi – 5:1. Kubok matçının taleyini isə 1 qol […]

Continue reading

Həftənin ən yaxşı futbolçusu və ən yaxşı qolun müəllifi müəyyənləşib

  UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – altıncı turunun ən yaxşı futbolçusu müəyyənləşib. “Elitinfo.az” xəbər verir ki, İngiltərənin “Mançester Siti” klubunun fransalı hücumçusu Leroy Sane azarkeşlər arasında aparılan sorğuya əsasən, ən yaxşı oyunçu adına layiq görülüb. İyirmi iki yaşlı hücumçu bu nominasiyada Neymar (“Paris-Jer-Men”, Fransa), Endryu Robertson (“Liverpul”, İngiltərə) və Qiyomo Oaronu (“Yanq Boyz”, […]

Continue reading