Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçirilib. “Elitinfo.az” xəbər verir ki, “Qəbələ” doğma meydanda “Sabah”ı qəbul edib. Görüş “qırmızı-qaralar”ın qələbəsi ilə başa çatıb – 1:0.
Günün digər oyununda “Qarabağ” Azərbaycan kubokunun sonuncu qalibi “Keşlə”ni qəbul edib. Bu komandaların Premyer Liqadakı sonuncu duelində Ağdam klubu böyük hesabla qalib gəlmişdi – 5:1. Kubok matçının taleyini isə 1 qol həll edib. Rahil Məmmədovun 65-ci dəqiqədə vurduğu qol “Qarabağ”a minimal hesablı qələbə qazandırıb.
Qeyd edək ki, komandalar arasında cavab matçı dekabrın 19-da və 20-də oynanılacaq.
Azərbaycan kuboku
1/4 final mərhələsi, ilk oyunlar
16 dekabr (bazar)
14:00. “Qəbələ” – “Sabah” – 1:0
Qol: Filip İvanoviç, 45-avtoqol
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
19:00. “Qarabağ” – “Keşlə” – 1:0
Qol: Rahil Məmmədov, 65
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu
15 dekabr (şənbə)
19:00. “Neftçi” – “Sumqayıt” – 0:2
Qollar:Əli Babayev, 28-pen, Şəhriyar Əliyev,45+4
Qırmızı vərəqə: Anton Krivotsyuk, 88 (“Neftçi”)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov
Bakcell Arena.
17:00. “Zirə” – “Səbail” – 1:0
Qol: İlkin Muradov, 45
Reallaşdırılmayan penalti: Mirsahib Abbasov, 79 (“Zirə”) – qapıçı
Qırmızı vərəqə: Tome Kitanovski, 33 (“Səbail”)
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu
Dalğa Arena.