Dünən ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
“Elitinfo.az” xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçı “Bayıl Arena”da oynanılıb. Burada “Zirə” “Səbail”in qonağı olub. İlk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gələn Samir Abasovun komandası cavab görüşündə də qələbə qazanıb – 3:2. Bununla da “Zirə” yarımfinala yüksəlib.
Günün ikinci qarşılaşması isə Sumqayıtda keçirilib. Şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə “Neftçi”ni qəbul edib. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ilk görüşdə səfərdə 2:0 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələ adlayıb. Premyer Liqanın lideri olan “Neftçi” isə mübarizəni dayandırıb.
Qeyd edək ki, 1/4 finalın son 2 oyunu sabah keçiriləcək.
Azərbaycan kuboku
1/4 final mərhələsi, cavab oyunları
19 dekabr (çərşənbə)
19:00. “Sumqayıt” – “Neftçi” – 0:1
Qol: Namiq Ələskərov, 43
Qırmızı vərəqə: Arif Daşdəmirov, 87 (“Sumqayıt”)
İlk oyun: 2:0
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Kapital Bank Arena”
16:00. “Səbail” – “Zirə” -2:3
Qollar:Adrian Skarlatake, 3-avtoqol (1:0), Adil Nağıyev, 45+2 (1:1), Pərdis Fərcad-Azad, 63 (1:2),Adil Nağıyev, 73(1:3), Ruslan Qurbanov, 83 (2:3)
İlk oyun: 0:1
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
“Bayıl Arena”
20 dekabr (çərşənbə axşamı)
16:00. “Sabah” – “Qəbələ”
İlk oyun: 0:1
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Əlincə Arena”
19:00. “Keşlə” – “Qarabağ”
İlk oyun: 0:1
Hakimlər: İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
“ASK Arena”
1/2 finalda qarşılaşacaqlar:
“Sumqayıt” – “Zirə”
“Qəbələ” – “Sabah” cütünün qalibi / “Qarabağ” – “Keşlə” cütünün qalibi