“Barselona” Luis Suaresi əvəzləyicisini tapıb. “Elitinfo.az” xəbər verir ki, Kataloniya klubu uruqvaylı hücumçunun gedişindən sonra onun boşluğunu “Selta”da çıxış edən həmyerlisi Maksi Qomeslə doldurmaq istəyir. Klub rəhbərliyi oyun tərzi Suaresə yaxın olan forvardla uzunmüddətli müqavilə bağlamaq niyyətindədir.

Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm “Selta”nın heyətində La Liqada keçirdiyi 15 oyunda 8 qol vurub.