RF Prezidenti: bu ərazilər Azərbaycanın əzəli torpaqlarıdır və Azərbaycan bu əraziləri qaytarmaq hüququna malik olduğunu deyir

  Dağlıq Qarabağ özü və Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Ermənistanın nəzarəti altına keçib. Bu ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. Elitinfo.az xəbər verir ki, RF Prezidenti Vladimir Putin bu sözləri “VTB Kapitala” “Rossiya zovyot!” İnvestisiya Forumunun iclasında söyləyib. Rusiya Prezidenti deyib: “Azərbaycan nə deyir? O deyir ki, həmin yeddi rayonun istər etnik münaqişəyə, istərsə də Ermənistana […]

Continue reading

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmə təşkil edilir – Fərman

  Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərman imzalayıb. Elitinfo.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılacaq. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin […]

Continue reading

Sahibə Qafarova Cümhuriyyət Günü münasibətilə türkiyəli həmkarını təbrik edib

  Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elitinfo.az-a bildirilib ki, Sahibə Qafarova türkiyəli həmkarına 29 Oktyabr – Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb. Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi […]

Continue reading

Bərdənin qisası alındı: Bu şəhərdə dinc sakinləri atəşə tutan düşmən qüvvələri döyüş meydanında məhv edilib VİDEO

  Rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi qanlı terror cinayəti nəticəsində həlak olan şəhidlərimizin qisasını alıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, Bərdədə dinc sakinləri atəşə tutan düşmən qüvvələri döyüş meydanında məhv edilib. https://video.azertag.az/files/video/2020/3/16039684353853132813.mp4

Continue reading

Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrəyə səfərinin vaxtı dəyişdirilib

  Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrə şəhərinə səfərinin vaxtı sabaha dəyişdirilib. Bu barədə Elitinfo.az-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, hazırda həmsədrlərdən yeni tarixlə bağlı təsdiq gözlənilir. Qeyd edək ki, Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü oktyabrın 29-na planlaşdırılırdı.

Continue reading

Ermənistan ordusu Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin olduğu Bərdə rayonunu atəşə tutub

  Bərdə və Goranboy rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Bu barədə Elitinfo.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Xatırladaq ki, oktyabrın 29-da Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Birinci vitse-prezidentin köməkçisi Elçin […]

Continue reading

Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb qaçdığı döyüş sursatı və texnikalarının videogörüntüsünü paylaşıb VİDEO

  Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb qaçdığı hərbi sursat, zirehli və avtomobil texnikalarının videogörüntüsünü paylaşıb. Elitinfo.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin videogörüntüləri təqdim edir. https://video.azertag.az/files/video/2020/3/16039532062895043017.mp4

Continue reading

Prezidentin köməkçisi: BQXK-nın könüllüsü Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olub

  Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) könüllüsü Ermənistanın Azərbaycanın Bərdə şəhərini kaset raketləri ilə atəşə tutması nəticəsində həlak olub. O, Bərdə şəhərində humanitar dəstək verərkən qətlə yetirilib. Elitinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.

Continue reading

Azərbaycan MN: Ermənistan ordusunun yüksək rütbəli bir neçə zabiti məhv edilib və yaralanıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilib. Görülən cavab tədbirləri nəticəsində […]

Continue reading