Bərdə və Goranboy rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Bu barədə Elitinfo.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, oktyabrın 29-da Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyovun və Baş prokuror Kamran Əliyevin müşayiəti ilə Bərdə rayonundadırlar.